Görkəmli şəxsiyyətlər

İlk qadın hərbi təyyarəçi-Züleyxa Seyidməmmədova

Züleyxa Həbib qızı Seyidməmmədova 22 mart 1919-cu ildə Bakıda anadan olub. Mühasib olan Mirhəbib ağa məşhur xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı. O, Hacının vəsaitini nə qədər və necə xərclədiyini qəpiyinədək hesablayır, hər ayın sonunda Tağıyevə məlumat verirdi.  Valideynləri Züleyxanın ali təhsil alıb neft mühəndisi olmasını istəyirdilər.


Lakin 1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Sәnaye institutunda ali tәhsil alan Züleyxa 1935-ci ildә institutda Azәrbaycan qızları arasında paraşütdәn tullanmaq üzrә birinci yeri tutur. Bu birincilik onun üçün hәr şeyin başlanğıcı idi. O ,öz yolunu seçmişdi. 


Züleyxa Seyidməmmədova ilk fәrdi uçuşunu tәlәbә aeroklubuna üzv olduğu illәrdә edir. 1935-ci ildә Moskvada keçirilәn uçuş tullantısında iştirak edәn Züleyxa sonra Tuşinski aerodromunda qrup halında tullanmaq üzrә Zaqafqaziya komandasında birinci yeri tutur .Təyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә isә onu paraşüt idmanı üzrә tәlimatçı vәzifәsinә tәyin edirlәr. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur. 


1941-ci ildə isə N.Y.Jukovski adına Hərbi Hava Akademiyasını bitirmişdir. O, ikinci Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olmuş, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Züleyxa Seyidməmmədova göstərdiyi misilsiz xidmətlərinə görə Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordenləri və bir çox medallarla təltif edilmişdir. O, 1946-1952-cı illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışmış, 1952-1975-ci illərdə Azərbaycan SSR-in İctimai təminat naziri olmuşdur.O, bu vəzifəyə seçilmiş ilk qadın nazir olmuşdur.


O dövrdә bir çox jurnallarda, qәzetlәrdә Züleyxa Seyidmәmmәdovanın qәhrәmanlıqlarını әks etdirәn mәqalәlәr, şeirlәr dәrc olunurdu. Bütün bunlar müğәnni Rәşid Behbudovun da nəzәrindәn yayınmır vә onun müraciәti ilә görkәmli bәstәkar Tofiq Quliyev Züleyxa haqqında mahnı bәstәlәyir. 


Rәşid Behbudovun Moskvaya qastrol sәfәri әrәfәsindә hazır olan mahnı elә müğәnninin öz istәyilә rus dilindә Tofiq Quliyevin öz müşayiәti ilә lentә alınır. Sonradan isә vala yazılan bu mahnı yüksәk tirajla satılır.


Züleyxa Seyidməmmədova 1990-cu ildə Bakıda vəfat etmişdir.