Bu maraqlıdır!

Damokl qılıncı

Qədim yunan əfsanəsinə görə, e.ə IV əsrdə Sirakuza hökmdarı kral Dionisi idi. O, sadə bir ailədə böyüməsinə baxmayaraq cəsarəti və hiyləgərliyi ilə məşhur idi. Kartaca ilə apardığı döyüşlərdən sonra Sirakuza o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi. Üzdə xalqın tərəfini saxlayan bu hiyləgər hökmdar qəddarlığı ilə də tanınırdı.


Dionisinin Damokl adlı bir təlxəyi var idi. Damokl hər gün Dionisiyə kralların sürdüyü zövq-səfadan danışır eyhamlarla onu cana doyururdu.


Bir gün Dionisi - "İstəyirəm ki, sən də krallığın səfasını görəsən - deyərək taxtını ona verdi. Damokl sevinərək taxtda oturdu. Bu vaxt taxtın üzərində at tükündən asılmış bir qılınc gördü. Qılınc hər dəqiqə onun başına düşə bilərdi. Odur ki, Damokl o gün taxtda necə oturduğunu bilmədi.


Dionisi güclü bir hökmdar olmasına baxmayaraq bu qılınc onun qarşılaşdığı təhlükələri ifadə edirdi.


Damokl vahiməylə geri çəkilir ki, istənilən an tük qırılsa və bu qılınc hansı başa düşsə, iki parça olar. Əslində, hökmdar bu əsilzadəyə ibrət dərsi vermiş, böyük hakimiyyətin, liderliyin nə qədər çətin olduğunu başa salmaq istəmişdir. 


Beləliklə, Damokl krallığın heç də kənardan göründüyü kimi zövq-səfadan ibarət olmadığını başa düşdü və eyhamlarından əl çəkdi.


Zaman keçdikcə bu ifadənin əhatə dairəsi genişlənmiş, ifadə getdikcə aforizmləşmişdir.


Bu gün də hər hansı təqib edən təhlükədən danışanda çox vaxt "başının üstə DAMOKL QILINCI asılıb "deyirlər.

 

Hər hansı çətin şəraitdə, ekstremal hallarda bu ifadədən "təhdid", "təhlükə" mənasında xəbərdarlıq kimi istifadə olunur. Kimə müraciət olunursa, hadisənin ciddiliyinə soyuqqanlı və ayıq olmağa çağırılır.