Şeirlər

İvan Andreyeviç Krılov. “Zəhmətkeş ayı”

Tərcümə edəni Abbas Səhhət

 

Gördü ayı kəndli çəkir zəhməti,
Var əcəb asudə, asan sənəti.
Əymə əyər mənfəətilə satar,
Pul qazanar, yaxşı qazanca çatar.
Düşdü onun da həvəsi bu işə,
Fikir elədi yaxşıca tapdım peşə.
Getdi meşə içrə odun qırmağa,
Şax budağı başladı sındırmağa.
Hansı birin basdı əyə birtəhər,
Sındı ağac, zəhməti oldu hədər.
Gəzdi-dolandı meşəni hər tərəf,
Xeyli ağac sındırıb etdi tələf.
Gördü ki, heç əymə əyə bilməyir,
Sonra gedib kəndliyə böylə deyir:
- Bir işim, ay qonşu, düşübdür sənə,
Sən tanrı, qandır səbəbin bir mənə.
Mən meşədən xeyli ağac qırmışam,
İstəmişəm əyməyə sındırmışam.
Söylə bunun bircə nədir illəti,
Mən nə üçün bilmədim ol sənəti?
Kəndli dedi: - Vəchi budur müxtəsər,
Səndə о şeydən əbədən yox əsər.
Səbr, bilikdir bu işin hikməti,
Sən bacara bilməzsən ol sənəti.