Bu maraqlıdır!

Dünyada ən böyük şəkər ixracatçısı olan ölkə: Kuba

Dünyada ən böyük şəkər ixracatçısı olan ölkə Kubadır.


Qərbdə yerləşən, bir ada dövləti olaraq tanınan Kuba Respublikası 11 milyondan artıq insanın yaşadığı yerdir. Kuba adası planetimizin ən böyük 13-cü adasıdır. Kuba dövlət quruluşu bir federasiyadır. Ölkə ərazisi 14 əyalətə və bir xüsusi bələdiyyəyə bölünür. Kuba sosialist dövlətdir. Bundan başqa, Kuba 1943-cü ildən hasilatına başlanıldığı nikel ehtiyatlarına görə dünyada ikinci yeri tutur. Həmçinin zəngin kobalt ehtiyatlarına malikdir, kobalt emalına və istehsalına görə dünyada üçüncü yeri tutur.


Kubaya gələn ilk avropalı 1492-ci ilin oktyabrında arxipelaqın şərq hissəsinə qədəm qoyan Xristofor Kolumb olub. 1511-ci ildə Dieqo Velaskes de Kuelyar adanın yerli əhalisini özünə tabe edərək Barakoa limanının əsasını qoydu və Kubanın ilk ispan qubernatoru oldu. 1514-cü ilə kimi burada yeddi yeni yaşayış məskəninin əsası qoyulmuşdu. 1515-ci ildə Dieqo Velaskes de Kuelyar öz iqamətgahını Kubanın birinci paytaxtı olan Santyaqo de Kubaya köçürdü. Adanın yerli əhalisinin 75 faizini təşkil edən hindu mənşəli tainolar ispanların müstəmləkə siyasətinə qarşı ciddi müqavimət göstərirdilər.