Uşaq yaradıcılığı

Balaca rəfiqələrin böyük uğurları

Uşaq Yaradıcılığı rubrikasının bugünkü qonaqları Amira İlyasova və Aidə Əliyevadır. Gəlin, onlarla tanış olaq.

 

Amira İlyasova 27 avqust 2012-ci ildə anadan olub. Hələ məktəbə getməyən Amira rəqs etməyi, kitab oxumağı və bədii gimnastikanı çox sevir.


O, Respublika Kompleks İdman məktəbi və “Aura” idman klubunda gimnastika ilə məşğul olur.

 

Aidə Əliyeva da 2012-ci il təvəllüdlüdür. O, 169 saylı məktəbin 1-ci sinfində oxuyur. Şəkil çəkməyi, mahnı oxumağı, plastilin ilə maraqlı əl işləri düzəltməyi çox sevən Aidə rəfiqəsi Amira kimi gimnastikanı çox sevir. O da Respublika Kompleks İdman məktəbi və “Aura” idman klubunda gimnastika ilə məşğul olur.

 

Rəfiqələr iştirak etdikləri yarışlarda yüksək nailiyyətlər qazanıb, dəfələrlə diplom və sertifikatla mükafatlandırılıblar. İndi isə onlar Moskvada keçiriləcək yarış üçün hazırlaşırlar. 

 

Uşaq Bilik Portalı olaraq biz də Amira və Aidəyə uğurlar arzu edir, rubrikamızın qonağı olduqları üçün təşəkkür edirik.