Xəbərlər

17 Fevral – Təmənnasız Xeyirxahlıq İfadəsi Günüdür

Hər il fevralın 17-də bütün dünyada qeyd olunan Təmənnasız Xeyirxahlıq İfadəsi Günü (Random Acts of Kindness Day) beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə təsis olunmuşdur. Bu bayram ABŞ-da yaransa da, lakin bu gün artıq ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir və vətəndaşlıqdan, milliyyətdən və dini inanclardan asılı olmayaraq qeyd olunur.

 

Bu bayram daha çox Qərbi Avropa və ABŞ-da məşhurdur. Həmin gün bir çox şəhərlərdə ənənəvi olaraq məşhur aktyorların, ictimai və siyasi xadimlərin iştirakı ilə xeyriyyə tədbirləri və marafonları keçirilir. Əgər insan öz yaxşılığı müqabilində təşəkkür gözləyirsə, bu həqiqi yaxşılıq, xeyirxahlıq hesab olunmur. Siz xeyirxahlıq etdiyiniz insanların sevincini görməyi və tərifini eşitməyi gözləməməlisiniz.

 

Xeyirxah əməllər özlüyündə sizə zövq verməlidir, buna görə tərif gözləməməlisiniz. Əsl xeyirxahlıq budur!