Bu maraqlıdır!

Dünyanın ən güclü küləyi

Avstraliyanın şimal-qərb sahillərindəki balaca Barrou adasında mütəmadi şiddətli küləklər baş verir. Ən güclü külək 1996-cı il aprelin 10-da Oliviya qasırğası zamanı Avstraliyanın həmin bu adasında qeydə alınıb. Küləyin sürəti saniyədə 113 metr (408 km/saat) olub.

 

Dünya Metrologiya Mərkəzi bunu ən güclü külək olaraq xarakterizə edib. Bu küləyin səbəbi tropik Oliviya siklonu idi. Şiddətli külək yaradan bu fırtınalar Sakit okeanın cənubunda meydana gəldiyində siklon, şimalda meydana gəldiyində tayfun, Atlantik okeanı üzərində isə qasırğa adını alır.