Bu maraqlıdır!

Seleksiya nədir

Seleksiya insanların praktik fəaliyyətinin nəticəsi kimi meydana çıxmış bir elm sahəsidir. 


Seleksiya sözünün latınca mənası Selectio – seçmə deməkdir. İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladığı çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır.


Seleksiyanın nəzəri bazası “genetika” hesab olunur. Geniş mənada, seleksiya kompleks elmdir. O, elm kimi Ç.Darvinin işlərindən sonra formalaşmışdır. Ç.Darvin heyvanların əhilləşdirilməsi və bitkilərin mədəniləşdirilməsi haqqında geniş materialı analiz edərək, süni seçmə haqda təlimini formalaşdırılmışdır. 


Seleksiya bir təkamül prosesi kimi ümumi qanunauyğunluqlara əsaslanır. Seleksiya işi aparılarkən genetika elminin qanunauyğunluqlarına istinad edilir. İnsanlar tərəfindən aparılan bu prosesin həyata keçirilməsi təbii seçmənin süni seçmə ilə əvəz olunmasına səbəb olmuşdur.


Seleksiya nəticəsində bitki sortları, heyvan cinsləri və mikroorqanizm ştamları alınır.


Bitki sortu, heyvan cinsi və mikroorqanizm ştammları insan tərəfindən süni surətdə yaradılan, müəyyən keyfiyyətlərə malik olan, oxşar irsi xüsusiyyətlər daşıyan və mühit şəraitinə birtipli reaksiya verən orqanizmlərin cəmidir.


Cins və sortun xarici mühitin təsirinə qarşı müəyyən reaksiya göstərmək xüsusiyyəti vardır. Onların müsbət keyfiyyətləri müəyyən aqrotexniki şəraitdə, əlverişli iqlim amilləri olduqda, məlum yemləmə və saxlama şəraitində meydana çıxır. Bunun nəticəsidir ki, istənilən bir ölkədə alınmış cins və sortlar digər ölkələrdə, dəyişik iqlim şəraitində heç də həmişə yararlı olmur.


Vəhşi heyvanların və yabanı bitkilərin inianlar tərəfindən aparılan süni seçmə nəticəsində mədəni formalara çevrilməsi əhilləşdirmə adlanır.Əhilləşdirmə sleksiyanın ilk mərhələsidir.Bu prosesə ilk cəhd b.e.ə 10-20 min əvvəl təsadüf edilib.buna səbəb isə vəhşi heyvanların insanlarla birgə yaşaması olub.Əhilləşdirmənin ilk mərhələsində heyvan və bitkilərdə gedən güclü dəyişikliklər nəticəsində təbii seçmənin stabilləşdirsici formasının təsiri xeyli zəifləyir,bu da suni seçmə üçün şərait yaradır.


Mədəni bitkilərin müxtəlifliyi və coğrafi yayılamsı N.İ.Vavilov və onun əməkdaşları tərəfindən öyrənmişdir.Bunun üçün o,dünyanın bir çox ölkəsinə ekspedisiyalar təşkil edilmiş (Avstraliyadan başqa) və 1600-ə yaxın bitki növü öyrənilmişdir. O eyni zamanda bitkilərin yoluxucu xəstəliklərə qarşı immuniteti haqda təlimin müəllifidir. Mədəni bitkilərin mənşə mərkəzlərini öyrənmiş və homoloji sıralar qanununu müəyyən etmişdir.


Hər hansı bir bitkinin növ müxtəlifliyinin və növlərin cəmləşdiyi yer həmin mədəni bitkinin mənşə mərkəzi hesab olunur. Bu mərkəzlər qədim əkinçilik ocaqlarına uyğun gəlir. Vavilov 7 belə müxtəliflik mərkəzini fərqləndirmişdir. Bu mərkəzlər, əsasən dağlıq əraziləri əhatə edir. 


Hazırda müxtəlif elmi tədqiqat institutları və seleksiya stansiyaları əvvəlcədən müəyyən olunmuş planlar əsasında fəaliyyət göstərərək seleksiya prosesinin müvəffəqiyyətlə nəticələnməsinə köməklik göstərir.


Ölkəmizdə yaradılan sortsınama məntəqələri və damazlıq təsərrüfatlarında yeni yaradılmış cins və sortlar yoxlanılır, onların içərisindən yararlı olanları seçilir.