Şeirlər

Vəli Əhməd. "Qələm"

 

Müəllimin qələmi

İnci düzdü vərəqdə.

Baxıb həmin qələmdən

Aldı o gün Şəfəq də.

Yenə də "kotan əkib",

O, dəftəri  "dağladı".

Yağlıca "iki" alıb

Acığından ağladı.

Elə bilirdi ki, sehr

Qələmin felindədir?

Demirdi ki, bəs, qələm

Gör, kimin əlindədir?