Görkəmli şəxsiyyətlər

Şövkət Səlimova

İkinci Dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanı vardı. Onlardan biri Şövkət Səlimova idi. 


Şövkət Səlimova Şahbaz qızı 1920-ci il dekabrın 25-də İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirib. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləyib.

 

1954-1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitunda dosent, prorektor və kafedra müdiri, 1964-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri işləyib. "Qırmızı Ulduz" və ikinci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilib.