Afişa

“Buratino” “YARAT”da göstəriləcək

Fevralın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Buratino” tamaşası təqdim ediləcək.

 

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, Uşaq Musiqili Teatrı tərəfindən nümayiş olunacaq səhnə əsərinə Elvin Mirzəyevin quruluşunda baxılacaq.

 

Əvvəlki tamaşalardan fərqli olaraq, burada uşaqlar nəinki rəqs edib və oxuyacaq, həm də özlərini “maskalar komediyası” janrında sınayacaqlar. Tamaşada məktəb-studiyanın kiçik, orta və yuxarı siniflərindən 22 şagird iştirak edəcək.

 

Səhnə əsəri kifayət qədər ciddi musiqi materialını sərgiləyir. 40 il əvvəl professor Tərlan Seyidov tərəfindən yaradılan Uşaq Musiqi Teatrı öz ənənələrinə sadiq qalaraq, böyüyür və inkişaf edir.

 

Qeyd edək ki, Uşaq Musiqi Teatrının repertuarında keçən illər ərzində bir çox rəngarəng premyeralar olub.