Görkəmli şəxsiyyətlər

Dünyanı xilas edən adam: Stanislav Petrov

1983-cü il sentyabrın 26-da, SSSR-i ilə ABŞ arasındakı soyuq müharibənin gərgin vaxtında, Stanislav Petrov bir zabit kimi SSSR-nin raket hücumundan müdafiə stansiyasında növbətçi idi. Gözlənilmədən hücum siqnalı gəlir. Bu halda onun vəzifəsi əks hücum əmrini vermək idi, yəni qarşılıqlı olaraq ABŞ-a atom bombası atılmalı idi. Amma Petrov yalnış siqnal olma ehtimalını nəzərə alıb bunu etmir. Halbuki, siqnallar bombaların artıq SSSR-i ərazisinə daxil olmasını göstərirdi, amma o bir daha yalnış siqnal olmasını ehtimal edib adekvat addım atmır. Halbuki, istənilən zabit bunu edərdi. Bu halda üçüncü Dünya müharibəsi başlamış olardı. Atom bombasının vuracağı zərəri nəzərə alıb deyə bilərik ki, dünya kataklizma mərhələsinə düşə bilərdi. Sonra məlum oldu ki, bu doğrudan da yalnış siqnal idi. Səbəb günəş şüalarının detektorları işə salması idi. Bu hadisə yalnız SSSR-i dağılandan sonra ictimaiyyətə bildirildi və 2006-cı ildə NATO Stanislav Petrova “Dünyanı xilas edən” adlı bir mükafat verdi.