Xəbərlər

3 Mart – Ümumdünya Vəhşi Təbiət Günüdür

20 dekabr 2013-cü ildə BMT-nin Baş Assambleyası vəhşi flora və fauna məsələləri ilə bağlı geniş ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi ilə martın üçünü Vəhşi Təbiət Günü ( World Wildlife Day) elan etmişdir (A/RES/68/205 saylı qətnamə ilə).

 

Həmin il təbii müxtəlifliyin qorunması sahəsində digər bir mühüm sənədin qəbul edilməsinin 40 illiyi qeyd olunmuşdur. Həmin sənəd “Məhv olmaq təhlükəsi qarşısında qalan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya adlanırdı. Sənəd 3 mart 1973-cü ildə qəbul olunmuşdur. Bu bayramın BMT-də qəbulundan öncə 2013-cü ilin yazında Tailandda keçirilən SİTES Tərəfdarları Konfransı iştirakçılarının bu haqda təşəbbüsü olmuşdur.

 

Məhz bu konfransda martın 3-nü Vəhşi Təbiət Günü kimi qeyd etmək təklif olunmuşdur. Konfrans iştirakçıları bu təkliflə bağlı BMT-yə müraciət etmişlər. 180 ölkə Konvensiyaya qoşulmuşdur. Bu bayramın yaranması Yer üzündəki bioloji müxtəlifliyin mühafizəsinin zəruriliyini göstərir.