Xəbərlər

Uşaq Bilik Portalı ilk ustad dərsini keçirib

Martın 3-də Uşaq bilik portalı "Bacarıqlı balalar" yaradıcılıq klubu ilə birgə ilk ustad dərsini keçirib.


Qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Anana hədiyyəni öz əllərinlə  düzəlt” mövzulu ustad dərsində uşaqlar kağızlardan rəngarəng çiçəklər, açıqcalar və şirniyyat buketləri hazırlayıblar. 


Legato Psixoloji və Nitq inkişaf Mərkəzində keçirilən ustad dərsinin sonunda uşaqlara portal haqqında ətraflı məlumat verilib, bukletlər paylanıb. 


Uşaq bilik portalı artıq bir- birindən maraqlı ustad dərsləri ilə uşaqları sevindirməyə davam edəcək.