Şeirlər

Fikrət Sadıq. “Əlifba dərsində”

Baş açmıram bu işdən
Çaşıb qalmışam düzü.
Anama oxşayır lap,
Yazdığım “ana” sözü.
Bu bir “a”,bu da bir “a”
Anamın iki gözü.
İki “a” arasında
“N” da anamın üzü.