Görkəmli şəxsiyyətlər

Nəcəf bəy Vəzirov

Azərbaycanın görkəmli maarifpərvər yazıçılarından biri də Nəcəf bəy Vəzirovdur. O, milli peşəkar teatrımızın yaradıcılarından və ilk teatr tamaşasını  hazırlayanlardan, həm də onun iştirakçılarından biridir. Mirzə Fətəli Axundzadədən sonra dramaturgiya ilə birinci məşğul olub və Azərbaycan ədəbiyyatında faciə janrının bünövrəsini qoyub.


Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ilin aprelində Şuşa şəhərində doğulub. Babası Qarabağ mahalındakı Zümürxaç kəndinin kasıblamış bəylərindən olub. Atası Fətəli bəy cavan yaşlarından əmək qabiliyyətini xeyli itirib və kasıblayaraq ailəsini güc-bəlayla dolandırıb. Tədricən ailənin təsərrüfat işlərini və ruzi qazanmaq vəzifəsini Nəcəf bəyin anası, mahalda qeyrətli və qoçaq qadın kimi tanınan Mina xanım öz üzərinə götürüb. Yalnız bundan sonra, yəni on iki yaşında Nəcəf bəy Vəzirov mədrəsədə təhsil almağa başlayıb. İti zehni və çalışqanlığı ilə üç aya Quran oxumağı, sərbəst yazmağı öyrənib. Bir il sonra Şuşa şəhərinin mülkiyyə məktəbinə daxil olub. Lakin müəlliminin kobud rəftarına görə məktəbi ataraq təhsilini yarımçıq qoyub. Yaxın bir qohumu Nəcəf bəyə rus dilini öyrədib və o, cüzi yazı-pozu ilə mirzəlik edərək ailəsinə maddi yardım göstərməyə başlayıb.


Oxumağa, elmə, maarifə böyük maraq göstərən Nəcəf bəy qohumlarının tənələrinə və   anasının etirazına məhəl qoymadan 1868-ci ildə yarımçıq təhsilini davam etdirmək məqsədilə Bakıya gəlib. Burada realnı gimnaziyaya daxil olub. Altı il şəhərin ən mötəbər təhsil ocaqlarından sayılan gimnaziyada oxuyub. 1874-cü ilin iyun ayında gimnaziyanı gümüş medalla bitirib və ali təhsil almaq üçün Peterburqa gedib. Uğurla imtahan verib və məşhur Peterburq Universitetinə qəbul edilib.


Elə ilk günlərdən şəhərin rütubətli havası ona düşməyib və səhhəti ağırlaşan iyirmi yaşlı Nəcəf bəy batdaq qızdırmasma tutulub. Müalicə alandan sonra həkimlərin məsləhəti ilə Moskvaya gəlib. Burada da uğurla imtahan verərək Petrovski-Razumovski kənd Təsərrüfatı Akademiyasının tələbəsi olub. Kasıbçılıq ucbatından uzun illər palaza bürünüb yatdığına görə ona "dərviş" təxəllüsü veriblər. Hətta yazıçı özü də bəzi ədəbi nümunələrində, o cümlədən 1893-cü ildə Şuşada kitab  şəklində çap olunmuş "Daldan atılan daş topuğa dəyər" pyesinin titul vərəqində imzasını belə verib: "İnşayi Dərviş Nəcəf bəy Vəzirzadə". Akademiyanı 1878-ci ildə qurtardıqdan sonra Moskvadan Azərbaycana qayıdan Nəcəf bəy Vəzirov əvvəlcə Gəncə quberniyasının Tərtər nahiyəsində, Dilicanda, sonralar isə müxtəlif bölgələrdə meşəbəyi işləyib. 1895-ci ildə Bakıya köçüb və burada vəkililklə məşğul olub. Eyni zamanda müxtəlif mətbuat səhifələrində publisistik yazılarla çıxış edib. Onun müxtəlif mövzulu məqalələri 1905-1918-ci illərdə "Həyat", "İrşad", "Təzə həyat", "Tərəqqi", "Yeni irşad", "Sədayihəqq", "E1 həyatı", "Açıq söz", "Mirat" qəzetlərində çap olunub. Bakının məşhur mədəni-maarif cəmiyyətlərindən olan "Səfa" 1913-cü il noyabr ayının 15-də Tağıyev teatrında (şəhər teatrında) Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyinin yubiley təntənəsini keçirib. Yubiley mərasiminin bədii hissəsində Cahangir Zeynalovun rejissorluğu ilə ədibin "Hacı Qəmbər" komediyası oynanılıb.


Nəcəf bəy Vəzirov 1926-cı il iyun ayının 9-da Şamaxının Çuxuryurd kəndində ürək xəstəliyindən vəfat edib. Cənazəsi Bakıya gətirilərək burada, hazırda Fəxri xiyaban adlanan qəbiristanlıqda dəfn olunub.
Yaradıcılığında nəsr və publisistika ilə məşğul olsa da, ilk növbədə dramaturq kimi ədəbiyyatımızın klassikləri sırasına daxildir. Onun yaradıcılığını üç mərhələyə bölmək olar.


Birinci mərhələ: 1873-1900-cü illər;
İkinci mərhələ: 1902-1913-cü illər;
Üçüncü mərhələ: 1913-1921-ci illər.


Nəcəf bəy Vəzirov dramaturji yaradıcılığa Bakıda olarkən başlayıb. 1873-cü il mart ayının 10-da Bam realnı gimnaziyanın şagirdləri ilə birlikdə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşasında oynayıb. Bundan təsirlənərək elə həmin il ilk birpərdəli "Əti sənin, sümüyü mənim" (1873) və "Qaragünlü" (1874) məzhəkələrini yazıb. Lakin həmin əsərlər itib. Dramaturq bu məzhəkələrdən birincisinin süjeti və mövzusu barədə vaxtilə "Əkinçi" qəzetində yazıb. Əldə olmayan ikinci məzhəkəsi barədə isə müfəssəl tərcümeyi-halında bəhs edib.


Moskvanın teatr mühiti, klassik rus və dünya dramaturqlarının yaradıcılıqları ilə yaxından tanış olan Vəzirov ədəbiyyata daha ciddi meyil göstərib. Tələbə vaxtı "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb. Meşəbəyi işləyə-işləyə "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonraki peşmançılıq fayda verməz" (1890), "Adı var, özü yox" (1891), "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər" 1895) komediyalarını, "Müsibəti-Fəxrəddin" (1896) faciəsini və "Pəhlivanani-zəmanə" ("Zəmanə pəhlivanları". 1900) dramını tamamlayıb. "Müsibəti-Fəxrəddin" ilk Azərbaycan faciəsidir. "Pəhlivanani-zəmanə" isə milli burjuaziyanın həyatından, Bakı neftindən bəhs edən, tacir-burjua obrazı təsvir olunan birinci dram  əsəridir.


Yaradıcılığının lknci dövrünə "Ağa Kərim xan Ərdəbili" məzhəkəsi ilə 1902-ci ildə başlayıb. Bu məzhəkə əslində fransız dramaturqu Jan Batist Molyerin məşhur "Xəsis" komediyasından iqtibas   edilib. Lakin Nəcəf bəy əsərə güclü milli ruh verə, koloritli və tipik bədii obrazlar yarada bilib.


Məhz buna görə də həmin komediya dramaturgiyamızda daha çox və əsasən, milli sənət nümunəsi kimi şöhrətlənib. Dramaturqun yaradıcılığının ikinci dövrü kimi səciyyələnən mərhələdə Nəcəf bəy Vəzirov  "Vay şələküm-məəlləküm" (1909), "Nə əkərsən, onu biçərsən" (1911), "Keçmişdə qaçaqlar" (1912) səhnə əsərlərini yazıb. Fransız ədəbiyyatından götürülmüş "Vəkil Patelen" vodevilini "Dələduz" adı ilə, məzhəkə janrında iqtibas və təbdil edib. Həmçinin müxtəlif teatr truppalarında coşğunluqla rejissorluq fəaliyyəti göstərib. Bəzən həvəskar aktyor kimi kiçik həcmli rollar da oynayıb.


Nəcəf bəy Vəzirovun ədəbi yaradıcılığının üçüncü dövrü də məhsuldar sayıla bilər. Dramaturq ömrünün ağsaqqal çağında və yaradıcılığının müdriklik mərhələsində "Pul düşkünü Hacı Fərəc" (1912), "Keçmişdə qaçaqlar" (1912), "Təzə əsrin ibtidası" (1920) pyeslərini işləyib.


Dramaturq Nəcəf bəy Vəzirovun "Mehdi xan Tabasarani" pyesi tamamlanmayıb, yarımçıq qalıb.


Dramaturqun məzhəkə və məsxərə janrında yazdığı dram əsərləri milli folklordan, xalq oyun-tamaşalarının kompozisiya qurumundan, forma elementlərindən, məzmun xüsusiyyətlərindən şirələnib. Süjet aydın və sadə, dramaturji dil şirəli və zəngindir. Yaradıcılığının sonrakı illərində də xalq dramlarına, meydan oyunları prinsiplərinə əsaslandığına görə Nəcəf bəy Vəzirovun komediyalarının əksəriyyətinin adı atalar sözü ilə verilib.


Dramaturq özünün cəmiyyət və insan, elm və şüurun azadlığı, təfəkkürün təkamülü və ideal həyat, maariflənmə və sosial tərəqqi ideyalarını Fəxrəddin obrazının timsalında, xarakterik dramaturji cizgilərlə verib. Qadın azadlığı duyğularını isə Səadət xanımın timsalında oxuculara çatdırıb. Faciədə eyni zamanda feodal-patriarxal cəmiyyətinin kübar təbəqəsinin Cahangir bəy, Şahmar bəy, Mələk xanım, Gülbahar xanım kimi nümayəndələrinin və rəiyyəti təmsil edənlərin (qulluqçu Hürü xala, nökərlər Əhməd və Vəli, Hacı Murad və Xəlil) bitkin xarakterləri işlənilib. "Pəhlivanani-zəmanə" dramında isə eyni dövrün və eyni millətin burjua əxlaq düşüncələrinin rəzil xüsusiyyətləri, neft möhtəkirlərinin dələduzluqları, vəkil Aslan bəyin timsahnda qanunun pulla hərraca qoyulması, həddi-büluğa çatmış qızların nadanlıq pərdəsində yaşadıqları üçün ehtiras düşkünlərinin amansız cənginə düşmələri ürəkağrısı ilə qələmə alınıb. Əgər dramaturq "Müsibəti- Fəxrəddin" faciəsində kəndlilərin avamlıq qəflətindən ayılmamalarının müsibətini veribsə, "Pəhlivanani-zəmanə" dramında cəhalət yuxusunda mürgü vuran, torpağı əlindən alınmış Qurban kişinin nadanlığını qabarıq nəzərə çatdırıb.


Sovet dövrünün ilk ilində yazdığı "Təzə əsrin ibtidası" pyesində Nəcəf bəy Vəzirov mülkədar şüuru ilə zəhmətkeş düşüncə tərzini yeni estetik aspektdən qələmə alıb. Mürəkkəb dramaturji hadisələrin mərkəzində yeni şüur oyanışının ziyalarını qabarıq verməyə çalışıb.


Nəcəf bəy Vəzirovun dramaturgiyası tənqidi realizmın estetik prinsipləri ilə özəl səciyyə daşıyır. Nəcəf bəy Vəzirov dram əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, həmin dövrün insanlarının mürəkkəb, psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaradıb. Nəcəf bəy Vəzirov milli dramaturgiyamıza fəlsəfi təməl, psixoloji dramatizm, faciə obrazlar silsiləsi gətirib.


Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov 1854-cü ilin aprelində Şuşa şəhərində doğulub. Nəcəf bəy 1868-ci ildə yarımçıq təhsilini davam etdirmək məqsədilə Bakıya gəlib. Burada realnı gimnaziyaya daxil olub. 1874-cü ilin iyun ayında gimnaziyanı gümüş medalla bitirib Peterburq Universitetinə qəbul edilib. Yaradıcılığında nəsr və publisistika ilə məşğul olsa da, ilk növbədə dramaturq kimi ədəbiyyatımızın klassikləri sırasına daxildir. 


Tələbə vaxtı "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb. Meşəbəyi işləyə-işləyə "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonraki peşmançılıq fayda verməz" (1890), "Adı var, özü yox" (1891), "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər" 1895) komediyalarını, "Müsibəti-Fəxrəddin" (1896) faciəsini və "Pəhlivanani-zəmanə" dramını tamamlayıb. 
"Müsibəti-Fəxrəddin" ilk Azərbaycan faciəsidir. "Pəhlivanani-zəmanə" isə milli burjuaziyanın həyatından, Bakı neftindən bəhs edən, tacir-burjua obrazı təsvir olunan birinci dram əsəridir. Yaradıcılığının iknci dövrünə "Ağa Kərim xan Ərdəbili" məzhəkəsi ilə 1902-ci ildə başlayıb. 


Bu məzhəkə əslində fransız dramaturqu Jan Batist Molyerin məşhur "Xəsis" komediyasından iqtibas edilib. Lakin Nəcəf bəy əsərə güclü milli ruh verə, koloritli və tipik bədii obrazlar yarada bilib. Dramaturqun yaradıcılığının ikinci dövrü kimi səciyyələnən mərhələdə Nəcəf bəy Vəzirov "Vay şələküm-məəlləküm" (1909), "Nə əkərsən, onu biçərsən" (1911), "Keçmişdə qaçaqlar" (1912) səhnə əsərlərini yazıb. 


Fransız ədəbiyyatından götürülmüş "Vəkil Patelen" vodevilini "Dələduz" adı ilə, məzhəkə janrında iqtibas və təbdil edib. Həmçinin müxtəlif teatr truppalarında coşqunluqla rejissorluq fəaliyyəti göstərib. Bəzən həvəskar aktyor kimi kiçik həcmli rollar da oynayıb. Dramaturq ömrünün ağsaqqal çağında və yaradıcılığının müdriklik mərhələsində "Pul düşkünü Hacı Fərəc" (1912), "Keçmişdə qaçaqlar" (1912), "Təzə əsrin ibtidası" (1920) pyeslərini işləyib. 


Nəcəf bəy Vəzirov 1926-cı il iyun ayının 9-da Şamaxının Çuxuryurd kəndində ürək xəstəliyindən vəfat edib. Cənazəsi Bakıya gətirilərək burada, hazırda Fəxri xiyaban adlanan qəbiristanlıqda dəfn olunub.
Əsərləri: “Daldan atılan daş topuğa dəyər” (1890), “Adı var, özü yox” (1891), “Güzəşt”, ”Dad yarımçıq əlindən” (1892-1894), “Müsibəti – Fəxrəddin”, “Pəhlivanani-zəmanə” (1898-1900), “Yağışdan çıxdıq yağmura düşdük” (1896) komediyası, 1920 – ci ildən sonra “Təzə əsrin ibtidası” , “Pul düşkünü Hacı Fərəc”, “Mehdixan Tabasarani” pyeslərini yazmışdır.