Xəbərlər

9 Mart – Barbi Gəlinciyinin Yaranması Günüdür

Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar? Çünki belə qırıntılardan da gəlir əldə etmək olardı. Rut irəli bir təklif sürdü və bildirdi ki, həmin ağac parçalarından gəlinciklər üçün mebel hazırlansın. 1956-cı ildə Rut Hendler İsveçrəyə istirahət məqsədi ilə getmişdi. Orada o, çox qəribə bir gəlincik gördü və hamı bu gəlinciyi Lilli adlandırırdı. Bu gəlincik özündən çox əmin görünürdü, həmçinin açıq sarı rəngində saçları və çox gözəl formada olan paltarları var idi. Rut bu gəlinciyə baxdıqdan sonra özlüyündə düşündü ki, bəlkə də artıq uşaqlar "ana – qız" formasında evcik qurub oynamaqdan beziblər. Rut buna əsasən uşaqlar üçün tamamilə böyüklərin həyatına bənzər bir yeni gəlincik yaratmaq qərarına gəldi. Bu düşüncələr içində yanan Rut Lilli gəlinciyinin bütün səlahiyyətlərini öz əli altına aldı və tamamilə yeni texnika ilə işləməyə başladı.

 

İş prosesində onun yoldaşının firması Mattelin çox saylı mühəndisləri və rəssamları da iştirak edirdi. Rut Lilli gəlinciyini bütün hissələrinə qədər ən gözəl formaya salmaq istəyirdi. Barbini yaradaraq Rut sosial sorğu keçirdi. Bütün qız uşaqları bir ağızdan məhz belə gəlincik istədiklərini bildirdilər. Nəticədə Rut uşaqların sözünə qulaq asmaq qərarına gəldi, çünki "uşaqlar həmişə sözün düzünü deyirlər". Barbi üçün ilk paltarlar tanınmış modelyer olan Jivanşi və Dioradan sifariş edilmişdi. 1958-ci ildə Hendler rəsmi yollarla bu gəlinciyin bütün patentlərini öz üzərinə aldı.

 

Gəlincik bütün dünyada hazırlanmış heç bir oyuncağa bənzəmirdi. Gəlincik hazırlayan şəxslərin qızının adı olan Barbaranın şərəfinə Barbi adlandırıldı və beləcə Barbi dünyaya gəldi. Hazırda bu gəlinciklər dünyanın 150 müxtəlif ölkəsində bir dənəsi 25-70 dollara satılır. Tədqiqatçıların fikrincə, dünyada daha çox tələbat yaradan 20 mal içərisində bu gəlincik də yer alır. Hazırda amerikan ailələrin çoxunun evində ən azı 10 ədəd Barbi gəlinciyinə rast gəlmək mümkündür. Bu vəziyyət İtaliya, Fransa ailələrində də belədir, üstəlik İngiltərədə bu say orta hesaba görə 5 gəlincikdən ibarətdir. Havay adalarında Barbi muzeyi yaradılmışdır. İngilətərədə Mançester adını daşıyan qəsəbədə "Barbisayağı" adını daşıyan evlərdən ibarət olan küçə hazırlanmışdır. Hazırda bütün dünya Mattel kompaniyasını Disney kimi nəhəng formada tanıyır. Mattek firması ekskuliziv icazəyə sahibdir, yəni öz oyuncaqlarını Disneyləndə satır, həm də məşhur fiqurlar olan Tom və Cerrini də hazırlayıb buraxır.