Xəbərlər

Uşaq bilik portalının növbəti ustad dərsi uğurla başa çatıb

Martın 9-da Uşaq bilik portalı "Bacarıqlı balalar" yaradıcılıq klubu ilə birgə növbəti ustad dərsini keçirib.

 

Qarşıdan gələn Novruz bayramına həsr olunmuş  ustad dərsində uşaqlar səməni cücərdib, yumurta bəzəyib və şirniyyat buketi hazırlayıblar.

 

BAKU mall-da keçirilən ustad dərsinin sonunda uşaqlara portal haqqında ətraflı məlumat verilib, bukletlər paylanıb. 

 

Uşaq bilik portalı bir- birindən maraqlı ustad dərsləri ilə uşaqları sevindirməyə davam edəcək.