Təbiət

"Siyənək kralı" və ya Kəmər balığı

“Siyənək kralı”  dünyanın ən uzun balığıdır. Bu balıq Oarfish də adlandırılır. Regalecidae növünə aid olan  kəmər balığı sümüklü balıqlar arasında uzunluğu ilə fərqlənir.

Uzunluğu 17 metrə qədər çata bilər və bu səbəbdən də həmin balıq əfsanəvi balıq hesab olunur. Pulları olmayan  bu balığın çəkisi 250 kq olur.

Okeanlarda asanlıqla yaşaya bilən kəmər balığı iki növdür. Bu balıq nadir hallarda ovlana bilər.  2006-cı ildə 15 amerikalı əsgər yeddi metrlik bir balıq ovlayıblar. Həmin balıq Ginnesin rekordlar kitabına "dünyanın ən uzun sümüklü balığı" adı ilə daxil olub.

Əfsanələrə görə, bu balıq fırtınadan sonra ortaya çıxır və gəmi kapitanlarına yardımçı olur. Elmi olaraq kəmər balıqları çox nadir hallarda dənizdə görülür. 

Siyənək kralı Sakit, Atlantik və Hind okeanının 300-1000 metr dərinlikdə isti sularında rast gəlinir.

Əslində Siyənək kralı adi siyənəyə heç bənzəmir, hətta onun uzaq qohumu da belə deyil. Öz adına başındakı «tacına» görə və arxasında siyənək balıqları olduğu halda görüldüyü  üçün belə adlanır. Balıqçılar elə düşünmüşdülər ki, o, balıqları öz arxasınca aparır.  

Belə hesab olunur ki, ilanvari vücudlu kəmər balığı zəlzələnin yaxınlaşması əlamətləri barədə qədim yapon rəvayəti və “dəniz ilanı” ilə bağlı əfsanələrin yaranmasına əsas verib.

Bu balığın əti yemləi deyil, hətta heyvanlar belə onu yemir.