Bu maraqlıdır!

Bibliya

“Bibliya” iki dinin- xristianlığın və iudizmin müqəddəs kitabıdır. Yəhudilər və xristianlar hesab edirlər ki, “Bibliya” Allahın kəlamıdır. 

 

Dini etiqatların, mərasimlərin və bayramların çoxu “Bibliya” mətnləri ilə bağlıdır.

 

Bibliya iki hissədən ibarətdir. Birinci hissə “Əhdi-Ətiq” (Tövrat) adlanır. O, Allahın yeri və göyü necə yaratması haqqında hekayə ilə başlayır, sonra isə yəhudi xalqının və İsa peyğəmbərin doğulmasına qədər yaşamış peyğəmbərlərin tarixindən bəhs edir. “Bibliya”nın “Əhdi-Cədid” və ya “İncil” adlanan ikinci hissəsi İsanın təlimindən və onun şagirdlərinin-həvarilərin həyatından danışır.

 

“Əhdi-Ətiq”ə yəhudilər və xristianlar, “Əhdi-Cədid”ə isə yalnız xristianlar etiqad edirlər.

 

Bir çox əsrlər ərzində “Bibliya”nın üzünü əllə köçürürdülər. XV əsrin ortasında Bibliya ilk dəfə çap olundu və bütün dövrlərdə ən populyar kitab oldu.