Xəbərlər

Novruz bayramı münasibətilə breyn-rinq intellektual oyunu keçirilib

Xəzər rayonunun məktəbliləri arasında Novruz bayramına həsr olunan breyn-rinq intellektual yarışı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunan yarışda 22 məktəbdən 132 şagird iştirak edib.

 

Yarışın yekununda 234 nömrəli orta məktəbin komandası birinci yeri tutub. İkinci və üçüncü yerlərə müvafiq olaraq 136 və 149 nömrəli məktəblərin komandaları layiq görülüblər.

 

Qalib və mükafatçılara diplom və hədiyyələr təqdim edilib.