Xəbərlər

9-cu sinif şagirdləri yeni krem-skrab hazırlayıb

276 nömrəli tam orta məktəbin müəlliməsi Şəhla Cəfərova və 9b sinif şagirdləri Ağahüseyn Kərimov və Raul Dəmirov “dərinin regenerasiyası” ideyası altında yeni “krem-skrab”ın hazırlanmasına nail olublar.


Kremin tərkibində dəmrovotu, yatıqqanqalı, çobanyastığı, gülümbahar, dəvədabanı, bal, zeyrun yağı və qaymaq var.


Kremi bir çox dəri xəstəliklərinin müalicəsində istifadə etmək olar.