Bu maraqlıdır!

Antik Afrodisias Şəhəri

Adını yunan mifologiyasında eşq, məhəbbət və əyləncə ilahəsi Afroditadan alan Antik  Afrodisias Şəhəri min illər boyunca yüzlərlə heykəltaraş yetişdirib. 

 

“Bütün Asiyadan özümə bu şəhəri seçdim” deyən Roma imperatoru Oktavian Avqust I əsrdə şəhəri qoruma altına almışdır. 2017-ci ildə isə bölgədə yerləşən qədim mərmər ocaqları ilə birlikdə YUNESKO-nun Dünya İrs Siyahısına əlavə olunmuşdur. 

 

Şəhər, Türkiyədə, Aydının Karacasu rayonunda, Menderes çayının qolu olan Dandalaz çayı vadisində, dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə bir yaylada yerləşir. Şəhərin tarixi b.e.ə 5000-ci illərə qədər uzanır. Əvvəllər kiçik bir kənd olan bu şəhər, vadidəki şəhərləşmə dönəmində inkişaf edərək b.e.ə II əsrdə 1 km-lik ərazidə yayılır və 15 min insanın yaşadığı bir yerə çevrilir. Sonrakı illərdə Roma ilə siyasi əlaqəyə girərək Avqust tərəfindən şəxsi qorumaya alınır. 

 

Roma Senatı tərəfindən vergi, muxtariyyət və məbədə sığınma haqlarını əldə etməklə şəhərin inkişafı sürətlənir və qızıl dövrünü yaşamağa başlayır. Afrodisias I əsrin sonlarında Roma imperiyasının Karya əyalətinin paytaxtı olur. Romanın parçalanması ilə əvvəl burda, sonra isə Bizansın suverenliyində yaşayır. 


IV əsrin ortalarına qədər inkişafını davam etdirən şəhər, VI əsrdə ərəb və vestqot axınlarının yaratdığı siyasi, iqtisadi və dini sıxıntılar nəticəsində əhəmiyyətini itirməyə başlayır. VII əsrdə baş verən zəlzələ nəticəsində isə bir daha inşa edilə bilmir. 

 

Ərazi, XI əsr arasında 4 dəfə Səlcuqların əlinə keçir. Karacasu torpaqları türkmən tayfalarının məskunlaşdığı yer olaraq istifadə edilir və zamanla kiçik bir qəsəbəyə çevrilərək, XII əsrdə tamamən tərk edilir. 

 

Afrodisiasda olan mərmər tikililərin, heykəllərin, relyef və yazıların günümüzə tam gəlib çatması, bölgəni arxeoloji cəhətdən daha da əhəmiyyətli edir. Şəhərin qalıqlarının ilk şəkilləri 1835-ci ildə ingilislər tərəfindən çəkilib. Daha sonra fransız və italyanlar qazıntılar aparmış, 1961-ci ildə isə Kənan Evrimin təşəbbüsü ilə Nyu York Universiteti tərəfindən bölgədə araşdırmalar başlamış və uzun illər davam etmişdir. 

 

Afrodisiasın ən önəmli tikilisi olan Afrodita Məbədi ilk dəfə arxaik dövründə aşurlular tərəfindən sevgi və gözəllik ilahəsi İştar üçün tikilmişdi. Zirzəmisi və ion tərzi qırx sütundan on dördü günümüzə çatan məbədin yenidən bərpası I əsrdə Zoilos tərəfindən başladılıb. 130-cu illərdə tam olaraq tamamlanmış tikilinin, İmperator Adrianın dövründə divarları və müqəddəs otağı da tamamlanaraq son şəklini alıb. Qazıntılarda ortaya çıxan məlumatlara görə, məbəd bölgəsinə heykəlli bir giriş binasından girilirdi. İlahə Afroditanın heykəli, burada sadəcə rahiblərin girməsinə icazə verilən “Sella” adlanan bir otaqda idi. Məbəd, V əsrin sonunda xristianlığın hakimiyyəti ilə böyük bir kilsəyə çevrildi və məbədin izləri tamamilə silindi. Sella otağı aradan qaldırılaraq, məbədin ön və arxa tərəflərinə divarlar hörüldü. Bundan başqa şəhərdə Sebasteion məbədi, Tiberius Portikosu qapısı, Afrodisias Stadionu, Tetrapylon qapısı və s. kimi önəmli tikililər var.