Bu maraqlıdır!

İnstinkt

İnsanlar oxumağı və yazmağı öyrənirlər, amma hətta yenicə doğulmuş uşaq da qida axtarır və özünü saxlamaq üçün əşyalardan kifayət qədər möhkəm yapışır. Belə davranış tipinə instinkt deyilir. Valideynlər instinktləri irsiyyət mexanizmi vasitəsilə öz nəsillərinə ötürürlər.

 

Heyvanlar çox şeyi instinktiv olaraq edirlər. Məsələn, quşlar öz yuvalarını məhz instinkt əsasında qururlar. Bəzi heyvanlar, məsələn, həşəratlar demək olar ki, hər şeyi instinktiv şəkildə edirlər. Onlara qida axtarmaq, özünü yırtıcılardan qorumaq və ya qaçıb gizlənmək kimi üsullar təbiətdən verilmişdir. Məsələn, arılar dişləyirlər, bu onların təhlükəyə olan instinktiv reaksiyalarıdır. Ancaq instinktlər əsasında hərəkət edən növlər haqqında deyirlər ki, onlar intellektdən məhrumdurlar və onlar üçün davranışlarını dəyişmək heç də asan deyildir.