Görkəmli şəxsiyyətlər

Aleksandr Bell

Şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan Aleksandr Qrem Bell  1847-ci il martın 3-də Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olub. Professor Aleksandr Melvil Bell və Eliza Greysin ailəsində anadan olan Aleksandr Bellin iki qardaşı var idi. Onlar  vərəm xəstəliyindən vəfat ediblər. Bellin anası oğlu 12 yaşında olarkən tədricən eşitmə qabiliyyətini itirib. O, oğlunu erkən yaşlarından musiqiyə, poeziyaya və incəsənətə ruhlandırırdı. Bell olduqca istedadlı idi. O, heç bir musiqi təhsili almadan pianoda çox gözəl ifa edirdi.

 

Aleksandr Qrem Bell  1870-ci ildə ailəsi ilə birlikdə Kanadaya köçür. Onun ilk ixtirası elektrik fortepianosu idi. 

 

Bütün dünyada telefon ixtiraçısı kimi tanınan Aleksandr Bell 1876-cı ildə nitqin yazılması və ötürülməsi üçün lazım olan teleqraf aparatının patent hüququnu əldə edib. Faktiki olaraq, burada söhbət elə məhz telefondan gedirdi. Səslər elektrik dalğaları ilə ötürülürdü. Beləliklə, dünyada ilk telefon nümayiş edildi.

 

Bellin atası və babası demək olar ki, bütün ömürlərini karların eşitməsələr belə, danışa bilmələri üçün yollar axtarmağa sərf edib. Bell atasının ölümündən sonra onun yolunu davam etdirib və ilk olaraq Bostondakı kar və lallar məktəbində işləməyə başlayıb. 

 

Bell anasının tədrici karlığından dərin təsirlənib, bu səbəblə işarət dilini öyrənib və beləliklə də anasının yanında əyləşərək ailə daxilində gedən söhbətləri sakitcə anasına bu izah etməyə başlayıb.

 

1888-ci ildə ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin əsasının qoyulmasında təsisatçılardan biri olaraq çıxış edən Bell 1922-ci il avqustun 2-də Kanadanın Baddek şəhəri yaxınlığında vəfat edib. Vəfatı günü dünyanın bütün telefonları onun xatirəsini anmaq üçün bir dəqiqəlik söndürülüb.