Xəbərlər

“Novruz 2019” adlı rəsm sərgisi açılıb

Şirvan Dövlət Rəsm Qalereyasında “Novruz 2019” adlı rəsm sərgisi açılıb.

 

Sabirabad Regional Mədəniyyət idarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə qalereyanın dərnək üzvlərinin sulu boya, quaş və karandaşlarla çəkdikləri baharı tərənnüm edən rəsmlər nümayiş olunub. Həmçinin, qalereyanın əsas və köməkçi fondlarında olan baharı əks etdirən kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər də nümayiş edilib.

 

Milli adət-ənənələrimizi əks etdirən mis qablar, milli geyimlər, kəlağayılar gələn qonaqlarda xoş ab-hava yaradıb. Uşaqların hazırladıqları “Novruzda təbiət” adlı əl işləri xüsusi maraq doğurub.

 

Tədbirdə 30-dan çox rəsm əsəri nümayiş olunub.