Görkəmli şəxsiyyətlər

Rual Amundsen - Cənub Qütbünə gedən ilk insan

Rual Amundsen tarixə Yer kürəsinin hər iki qütbünə ayaq basmış bir insan kimi düşüb. 


Rual Amundesn 16 iyul 1872-ci ildə Fredrikstad/Sarpsborg şəhərində yerləşən Borge qəsəbəsində norveçli gəmi sahibləri və kapitan ailəsində dünyaya göz açıb.


Rual Norveçin paytaxtına gəldikdə onun 14 yaşı var idi. Atası dünyasını dəyişdikdən sonra o dənizçiliyi öyrənmək istəsə də, anası onun həkim olmasına təkid edirdi. Bu zaman o anasının istəyi ilə razılaşır və tibb fakultəsinin tələbəsinə çevrilir. Lakin 2 ildən sonra onun anası qəfil olaraq dünyasını dəyişir və o, artıq öz taleyinin sahibinə çevrilərək universiteti atır və dənizə yollanır.


Rual qəhrəman şəxsiyyətinə sahib idi və daim macəra axtarışında idi.  O 5 il müxtəlif gəmilərdə matros olaraq işləyir, imtahanlar verir və şturman diplomu alır.


Gəmilərlə Meksika, Britaniya, İspaniya, Afrikaya səfər edib, iki ilini Cənub qütbünə ekspedisiyaya sərf edib. Lakin onun arzusu insan ayağı dəyməmiş Arktikaya səfər etmək idi.


Nəhayət, 1897-ci ildə Belçika arktik ekspedisiyasına mənsub gəmidə Arktikaya yollanır. Bu çətin sınaq idi. Gəmi buzda ilişib qalır, aclıq, xəstəlik başlayır. İnsanlar ağlını itirməyə başlayır. Yalnız bir-iki nəfər sağlam qalır, bunların da biri Amundsen idi. O suitiləri ovlayır və ətlərini yeyirdi. Beləliklə də, sağ qala bilirdi.


1903-cü ildə o topladığı məbləğ ilə 47 tonluq yelkən mühərrikli “Yoa” yaxtasını alır. Mühərrikin gücü 13 at gücünə bərabər idi. O, 7 nəfərdən ibarət komanda ilə açıq dənizə çıxır. Qrenlandiyadan Alyaskaya qədər gedib çıxa bilir. Bu ekspedisiya da, çətinliyinə görə əvvəlki ekspedisiyadan heç də geri qalmırdı. Lakin Amundsen elmi araşdırmalarını davam edirdi və o, nəhayət Yerin maqnit qütbünün yerləşdiyi yeri təyin edə bilir. Çətinliklə də olsa Alyaskaya gəlib çatır. 

 

Həddindən artıq qocalan Rual  33 yaşında 70 yaşlı kişini xatırladırdı. Lakin bütün bunların onu qorxutmurdu və artıq 1910-cu ildə o Şimal qütbünə yeni ekspedisiya hazırlayırdı.


Lakin səfərə çıxmamışdan öncə Şimal qütbünün amerikalı Robert Pir tərəfindən fəth edildiyi xəbəri gəlir. Bunu eşidən Amundsen hədəfini dəyişir və Cənub qütbünə getməyi qərara alır. Bütün çətinliklərə baxmayaraq o, 14 dekabr 1911-ci ildə Cənub qütbünə gəlib çatır. Öz yoldaşları ilə birgə buz üzərində 1500 kilometri qət edir və Cənub qütbünə ilk olaraq Norveçin bayrağını sancır.


1928-ci ilin 18 iyununda Rual fransız heyəti ilə birgə hidrotəyyarə ilə Şpiçbergen adası istiqamətində uçur. Bu Amundsenin son uçuşu idi. Tezliklə Barens dənizi üzərində təyyarə ilə əlaqə kəsilir. Təyyarənin taleyi və heyət üzvünün həlak olması sirr olaraq qalır.

 

18 iyun 1928-ci ildə Rual Amundsen, italyan səyyahı Umberto Nobileni xilas etmək üçün təşkil edilmiş xilasetmə əməliyyatı üçün təyyarə ilə Arktikaya yollanır. 23 may 1928-ci ildə Nobile "İtaliya" dirijablı ilə Şpitsbergen adasından yola çıxaraq Şimal qütbünə çatsa da, qayıdış yolunda ağır hava şəraiti səbəbindən güclü buzlanmaya məruz qalan dirijabl aşağı enərək buzun üzərinə düşmüşdü. Ekspedisiyanın köməyinə Sovet buzqıran gəmisi "Krasin", İsveç, İtaliya və Norveç təyyarələri göndərilmişdi.


Amundsendən başqa daha 5 nəfəri daşıyan "Latham 47" hidroplanı pis hava şəraitində Barens dənizi üzərində qəzaya uğrayır. Çoxsaylı axtarışlara baxmayaraq təyyarənin düşdüyü yeri müəyyənləşdirmək mümkün olmamışdır. Bu hadisədən 5 gündən sonra Umberto Nobile xilas edilir.


1928-ci ildə Amundsen həlak olsa da ABŞ-ın ən ali rütbəsi – Konqresin qızıl medalı ilə təltif edilir.