Görkəmli şəxsiyyətlər

Aleksandr Boqdanov

Aleksandr Aleksandroviç Boqdanov rusiyalı və daha sonra isə Sovet elmi fantastika ədəbiyyat yazıçısı, iqtisadçı, professor və həkimidir. Əsil soyadı Malinovskidir. Digərləri- Verner, Maksimov, Ryadavoy isə alimin ləqəbləridir. 

 

O, 22 avqust 1973-cü ildə Rusiyada müəllim ailəsində anadan olub. Universitet təhsilinə qədər ailəsinin yanında fermada işliyib. Alimin geniş elmi və tibbi maraqları ümumdünya sistem nəzəriyyəsindən, qan köçürülməsi yolu ilə insanın cavanlaşma imkanına qədər dəyişirdi. İndi sistem nəzəriyyəsinin carçısı hesab edilən alim, “tektologiya” adlanan əsl fəlsəfəni ixtira edib. O, 1924-cü ildə qan köçürmə təcrübələrini icra etməyə başladı. Alim təcrübələrin sonunda gəncləşmə və ya gəncləşdirmə eliksirini əldə edəcəyini düşünürdü. Leninin bacısı Maria İliniçna Ulyanova da Boqdanovun təcrübələrində iştirak etmək istəyən könüllülər arasında idi. 11 qan köçürmə təcrübəsindən sonra Boqdanov görmə qabiliyyətinin yaxşılaşması, keçəlləşmənin dayanması və digər müsbət simptomların baş verdiyindən razı qalmışdı.

 

Boqdanovun inqilabçı yoldaşı Leonid Krasin alimin həyat yoldaşına yazdığı məktubda deyir: “Boqdanovun əməliyyatdan sonra 7, yox 10 dəfə cavanlaşdığı görünür.”
Alim, 1925-1926- cı illərdə öz adına Hemotologiya və Qan Köcürmə İnstitutunu yaratdı. Lakin sonrakı qan Köçürmə ona həyatı bahasına başa gəldi. Belə ki, o malyariya və vərəmdən əziyyət çəkən şagirdindən qan köçürür. Boqdanov bundan sonra rəhmətə gedir ancaq onun qanı köçürülən tələbə tamamilə sağalır. Loren R. Graham da daxil olmaqla bəzi alimlər onun ölümünün intihar ola biləcəyini fərz edirlər. Çünki bundan qısa müddət əvvəl, alim çox təşvişli bir siyasi məktub yazmışdı. Ancaq digərləri ölümün, o dövrdə yetərincə anlaşılmayan qan qrupu uyğunsuzluğu ilə əlaqələndirir.