Bu maraqlıdır!

Kuril adaları

Kuril adaları adı orada məskunlaşan xalqın adından götürülüb. Onlar özünü “ayna” çağırırdılar. “Kuru” onların dilində “insan” demək idi və “ayna”dan elə də fərqlənmirdi. Sonradan onları “Kurillər”, adanı isə Kuril adaları adlandırdılar.


Rusiya Federasiyasına məxsus və 1200 kilometr uzanan Kuril adası Sakit Okeanla Oxot dənizini bir-birindən ayıran 56 adadan ibarətdir.


30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uzunluğu təqribən 1200 km, sahəsi isə 15,6 mln. km2-dir. 
Çox maraqlı təbiəti var. Vulkanlar (çoxu fəaliyyətdə olan), göllər, termal bulaqlar, müxtəlif landşaft və milli parkları fotoqraflar və mənzərə sevənlər üçün əsl cənnətdir.
Adada infrastruktur demək olar ki, yoxdur. 


Adalar vulkan mənşəlidir, vulkanik və metamorfik süxurlardan təşkil olunmuşdur. Tez-tez zəlzələlər olur. Faydalı qazıntıları: kükürd, mis, qızıl, qalay. Səthi dağlıqdır. İqlimi mülayim soyuq, mussondur. Bitkiliyi tundra tiplidir. Dəniz heyvanları (dəniz şirləri, nerpa və s.) və balıqlarla zəngindir. Balıq sənayesi mövcuddur.


Adada əsasən,ruslar,ukraynalılar,belaruslar,koreyalılar və tatarlar yaşayırlar. Əsas məşğuliyyət balıqçılıqdır.