Bu maraqlıdır!

Canavarlar niyə ulayır

Canavarlar sürü şəklində yaşayır. Hər bir canavar sürüsü ancaq öz ərazisində ov edir. Onlar bir-biri ilə daim əlaqədə olurlar. Səs çıxarmaqla onlar bir-biri ilə əlaqə saxlayırlar. 


Ulamağın müxtəlif çalarları var. Səs tək canavardan və ya sürüdən çıxa bilər. Sürü halında ulamaq o deməkdir ki, bu yerin artıq sahibi var, başqası bura gələ bilməz.   


Əgər iki canavar sürüsü eyni ərazidə toqquşarsa, hamısı bir-birini parçalayar.