Bu maraqlıdır!

Planetimizin ən hündür dağları

Alpinistlər arasında “Yeddi Zirvə” kəlməsi kimi bir anlayış var. Bunlar dünyanın yeddi qitəsində yerləşən ən yüksək dağ zirvələridir.  Tarixdə ilk dəfə bütün zirvələri Riçard Bass fəth edib. "Yeddi Zirvə” kəlməsi isə 30 aprel 1985-ci ildə meydana gəlib. 


Ümumiyyətlə, alpinizmin əsas mahiyyəti - təbiətin yaratdığı bütün maneələri keçərək dünyanın ən yüksək zirvələrini fəth etməkdir. Beləliklə, "Yeddi Zirvə”ni fəth etmiş bir insan özünü rahatlıqla “alpinist” adlandıra bilər.


Puncak Caya Zirvəsi - Yeni Qvineya adasının qərbində, Maoke massivində dağ zirvəsidir. İndoneziyaya aid olan bu zirvə ölkənin Papua vilayətində yerləşir. Caya - Okeaniyanın ən yüksək zirvəsi, eləcədə dünyada adada yerləşən ən hündür dağdır. Onun hündürlüyü 4884 metrdir. İndoneziya dilində Caya qələbə deməkdir. Dağ zirvəsinin ilk fəthi 1962-ci ildə baş verib. Zirvəyə ilk dəfə olaraq dörd Avstriya alpinisti qalxıb.


Vinson massivi— Antarktidanın ən hündür dağıdır. Cənub qütbündən 1200 km aralıda yerləşir. Öz növbəsində Elsuort dağlarının tərkib hissəsini təşkil edir. Massivin uzunluğu 21 km, eni isə 13 km təşkil edir. Massivin mövcudluğu haqqında ilk məlumat 1957-ci ilə aiddir. Massiv təyyarədən aşkarlanıb. Massiv amerikalı siyasətçi Karl Vinsonun şərəfinə adlandırılıb. İlk fəthi 1966-cı ildə olub.


Elbrus dağı - Rusiya və Gürcüstanın sərhədində, Böyük Qafqaz sıra dağlarının şimalında yerləşir. Rusiyanın ən yüksək dağ zirvəsidir (5642 metr). Bəzən onu Avropanın da ən yüksək dağ zirvəsi də adlandırırlar. Elbrus ilk dəfə 1829-cu il iyulun 10-da fəth edilib.


Kilimancaro – Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Kilimancaro 5890 metr hündürlükdədir. Bu, Şərqi Afrikada Tanzaniyanın şimal-şərqində bir dağ massividir; о Afrika qitəsinin ən yüksək nöqtəsidir və hündürlüyü dəniz səviyyəsindən 5895 m-ə çatır. İlk olaraq 6 oktyabr 1889-cu ildə fəth edilib. 2008-ci ilin yanvar ayında ən gənc alpinist, yeddi yaşlı Kits Boyd Kilimancaronun zirvəsinə qalxıb.


Mak Kinli, Dinale və ya Denali (“Yüksək zirvə”) adlandırılan dağ, Alyaskada yerləşir. Dəniz səviyyəsindən 6194m hündürlükdə yerləşən dağ, Şimali Amerika və Birləşmiş Ştatlarda ən yüksək dağ zirvəsi hesab olunur. “Qızıl kəşfiyyatçısı” adlandırılan Mak Kinli 1890-cı illərin sonunda Ohayo Ştatından prezidentliyə namizədliyini irəli sürdüyü zaman siyasi dəstək olaraq Alyaska Coğrafi Adlar İdarəsinə dağın adının dəyişdirilməsi haqda müraciəti əsasında Denali adı onun şərəfinə dəyişilib. O vaxtdan bəri dağın adı ABŞ-ın 25-ci prezidentinin (1897-1901) şərəfinə “Mak Kinli” adlandırılır. Dağın iki əsas zirvəsi var: Cənub və Şimal zirvələri. Cənub zirvəsi daha hündürdür 6194m, Şimal zirvəsinin hündürlüyü isə 5934m-dir. Bu dağ, şimal marşrutu istisna olmaqla çox nadir fəth edilən dağlar sırasındadır. Zirvəni ilk olaraq 7 iyun 1913-cü ildə Amerikalı alpinistlər fəth edib.


Akonkaqua - Argentinada And dağlarında zirvədir. Hündürlüyü 6959 metrdir. Qərb yarımkürəsinin ən yüksək zirvəsidir. Buzlaqları var. Həmişə qarlıdır. İlk dəfə 1897-ci ildə fəth edilib.


Everest, Comolunqma – Yer kürəsinin ən yüksək nöqtəsidir. Hündürlüyü 8850 metrdir. Çin-Nepal sərhəddində yerləşir. Avropalıların xəritəsində ilk adı XV Pik olub. Dağ öz adını XIX əsrin ortalarında Britaniya Hindistanında geodeziya xidmətinə rəhbərlik etmiş ingilis Con Everestin şərəfinə qəbul edib. Everest bir neçə başqa adlara da sahibdir. Məsələn, Tibetdə onu tərcümədə “İlahə-Qarlar anası” mənasını verən Comolunqma, Nepalda Saqarmatha (Kainatin anası) adlandırılır. 


Everest, ya da Comolunqma kimi adlanan zirvə ilk dəfə Yeni Zelandiyalı Edmund Hilari və Nepallı bələdçi Tenzing Norgey tərəfindən 29 may 1953-cü ildə fəth edilib. Nepallı alpinist Appa 21 dəfə Everesti fəth edib.