Təbiət

Granadilla meyvəsi

Granadilla və ya grenadia kimi tanınan Passiflora ligularis meyvəsi qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növüdür. 


Boliviya, Kolumbiya, Kosta Rika, Ekvador, Meksika və Peruda granadilla, Qvatemalada granadilla comun, Venesuelada granadilla de China və ya parchita amarilla, Yamaykada isə granaditta adları ilə tanınır. Bitki dəniz səviyyəsindən 1700-2600 m yüksəklikdə, 15-18 C°-də, illik yağışın 600-1000 mm olduğu meşələri xoşlayır. Passiflora ligularis uzunluğu 5 m-ə çatan, dırmaşan həmişəyaşıl bitkidir. Zəngin sadə yarpaqlara, yaşıl-ağ güllərə malikdir. Meyvə isə portağal və sarı rənglərinin qarışığıdır. Həmçinin 6.5-8 sm uzunluqda, 5.1-7 sm diametrindədir. 

 

Üst qabığı qalın və sürüşkəndir. İçində isə toxumları qoruyan yumşaq bir qat var. Toxumlar qalın və qaradır. Toxumlar jelatin kimi şəffaf lət ilə örtülüdür. Lət, meyvənin yeyilən hissəsidir və yumşaq şirin bir dadı var. Çox iylidir. Granadilla meyvəsinin əsas istehsalçıları Peru, Venesuela, Kolumbiya, Ekvador, Braziliya Cənubi Afrika, Ruanda və Keniyadır. ABŞ, Kanada, Belçika, Hollandiya, İsveçrə və İspaniya isə əsas ixracatçılardır. 

 

Bu ekzotik meyvə inanılmaz şəfalı xüsusiyyətlərə malikdir və onun aroması güclü sakitləşdirici təsir göstərir. Yağda və vitamin A, C vitamini, dəmir, pəhriz lifi, kalium, karbohidratlar və zülalların fövqəladə bir mənbəyi olan meyvələri gündəlik olaraq demək olar ki, bütün pəhriz ehtiyaclarını ödəyə bilər.