Bu maraqlıdır!

İnsanlar illər əvvəl necə görünürdü

İngiltərədə yerləşən Brayton muzeyində, Neandertal qadın da daxil olmaqla 9000 il əvvəl yaşamış insanların üzləri canlandırılıb və sərgilənib. 


Sümük qalıqlarından istifadə edərək  diş və DNT analizi yolu ilə təyin edilən göz, saç və dəri rənglərini dəqiqləşdirdikdən sonra heykəltəraşlar qədim insanların 3D görünüşünü əldə edə bilirlər.


İsveçli məhkəmə tibbi eksperti Oskar Nilsson qədim insanların 3D modelini yaratmaq üçün kəllə sümüklərinin nümunələrini götürdü. Bu insanların keçmişləri və hansı yaşda öldükləri ilə əlaqədar məlumatları araşdırdıqdan sonra, əzələləri yaratmaq üçün mumlu gildən istifadə etdi, daha sonra üzərini qırışıq və məsamələr kimi elementlərin olduğu süni dəri ilə örtdü. Şəkillərdə görülən Cəbəli-Tariqli bir Neandertal qadın və Fransadan Kromanyon adamı, Avropada yaşamış insanların hansı görünüşə sahib olduğunu göstərir. DNT analizlərinə görə Kromanyon insanlarının dəriləri həqiqətən tünd rəngdə idi.


Digər tərəfdən Brayton şəhərinin Vaythauk bölgəsində tapılan eynı adlı qadın da olduqca tünd dəri rənginə sahib idi. Portretləri yaradan Oskar Nilsson Vaythauk qadınının DNT analizlərinin günümüzə qədər saxlanmadığını, ancaq eyni bölgədə yaşayan insanların qalıqları araşdırıldıqda, bölgədəki insanların dəri rənginin günümüzdəki Şimali Afrikada yaşayanlar qədər, hətta daha artıq olduğunu söylədi.


Canlandırılan portretlər araşdırıldıqda saç üslubu ilə fərqlənən biri diqqəti üzərinə çəkir. Bu kişi, b.e.ə 250-ci ildə yaşayan 24-31 yaşları arasında ölən Slonk Hill adamıdır.


Oskar Nilsson onun haqqında belə deyib: Onun sümükləri araşdırıldıqda, gözəl bir üz quruluşunun olduğu, yaxşı bir həyat sürdüyü, sağlam və güclü olduğu ortaya çıxır. Həmçinin dişlərinin arasında diastema adı verilən boşluqlar var idi. Saçın toppuz edildiyi yerə doğru yüngülcə darandığını və German qəbilələrinin də çox sıx istifadə etdiyi bir saç üslubunu gördüm”.


Portretlərdən biri də b.e.ə 250-ci ildə yaşadığı və öldürüldüyü düşünülən Patçem qadınıdır. Nilsson qadının sümüklərini araşdırdıqda çox çətin bir həyat sürdüyünü və çətin bir iş həyatına sahib olduğunu deyir. 


Portretlər üçün protez göz və silikon ilə həqiqi insan saçından istifadə edilib. Nilsson onlara real görünüş verməklə sanki öz yaşayışlarını ziyarətçilərə anlatdığını düşünüb.