Təbiət

Proteya və ya Olm

Proteya (lat.Proteus anguinus) Proteidae fəsiləsindən olan suda-quruda yaşayan quyruqludur. Olm və ya Proteya adlandırılan bu canlı torpaq altında qalmış su kanallarında yaşayır. Avropada tapılan proteya isə xüsusilə mağarada yaşayan xordalı növüdür. Amfibiyaların əksinə olaraq, olmlar tamamilə suda yaşayır, yeyir, yatır və çoxalır. 

 

Mərkəzi və Cənub-şərqi Avropa, xüsusilə Sloveniya, Triest, İtaliya, Xorvatiya, Bosniya və Herseqovinanın karst sularında yaşayır. Ətli dəri rənginə görə yerli xalq arasında “insan balığı”, mağara salamander və ya ağ salamander adlanır. Sloveniyada isə “močeril” yəni torpaq soxulcanı deyilir. 

 

Proteyalar torpaq altına və qaranlığa adaptasiyası ilə fərqlənir. Onların gözü kordur və inkişaf etməmişdir. Bunun əksinə olaraq, iybilmə və eşitmə qabiliyyətləri yüksək inkişaf edib. Gözlərinin üstü qalın bir dəri təbəqəsi ilə örtülüdür. Bu təbəqənin altında gözlərə çatmaq mümkündür, lakin bu gözlər fəaliyyət göstərmir. Bu da, təkamül müddəti ərzindəki korlaşmanın ən canlı nümunələrindən biridir. Tam inkişaf etmiş göz quruluşu olmasına baxmayaraq,  gözləri yalnız işığa reaksiya verə bilir, görmə funksiyasını qətiyyən yerinə yetirmir.

 

İlk dəfə 1689-cu ildə təbiətşünas Yanez Vaykard Valvazor tərəfindən qeydə alınıb. Valvazor onları yağışdan sonra, bədənlərinin torpaqdan yuyulduqdan sonra görmüşdü. Yerli xalq proteyanın mağara əjdahasının balası olduğuna inanırdı. Olmların ön ayağında üç barmaq, arxa ayağında isə iki barmaq var.  Proteus cinsinin yeganə növü, Proteidae fəsiləsindən yeganə Avropa növüdür. Proteyanın bədəni ilan şəkilli olub, 20-30 sm uzunluqdadır. Bəzi növləri 40 sm-ə çatır. Dişilər erkəklərdən daha çox böyüyür. Olmlar yer səthində yaşayan sürünənlər kimi ağciyərlərə, həm də qəlsəmə yarıqlarına sahibdir. Lakin ağciyərlər çox nadir istifadə edilir, daha çox qəlsəmə yarıqlarına müraciət edilir.