Təbiət

Peters xortumlu itciyəzi

Peters xortumlu itciyəzi   (Rhynchocyon petersi) Afrikada tapılan fil yereşəni cinsinin 17 növündən biridir. Xortumlu itciyəz cinsinə aid heyvan növüdür. Xortumlu itciyəz cinsinin digər üzvləri kimi, nisbətən böyük olub, 28 sm uzunluğunda və 450-700 qr çəkidədir. 

Adı alman zooloqu Vilhelm Petersin şərəfinə verilib.

Peters xortumlu itciyəzi  Keniya və Tanzaniyanın meşələri və dağətəyi hissələrində yaşayır. Canlı xortumu ilə torpağı qazır, dili ilə yalayaraq böcək, termit, dodaqayaqlı kimi həşəratlarla qidalanır. 

Peters xortumlu itciyəzi  torpaq səviyyəsində, ağac diblərində, yarpaq qalıntılarından yuva qurur. Cüt halda yaşayırlar. Erkəklər də nəsil qayğısına qalır. Şərqi Ark Dağları meşələri Peters xortumlu itciyəzi  üçün kritik yaşayış məskənidir. Buna görə də, Peters xortumlu itciyəzi Qırmızı Kitaba qorunmağa ehtiyacı olan heyvan kimi düşüb. 

ABŞ-ın Filadelfiya Zooparkı da daxil olmaqla, bəzi zooparklarda Peters xortumlu itciyəzinin çoxaldılmasına başlanılıb. Vaşinqton Milli Zooparkında 2007-ci ildə iki qara-qızılı Peters xortumlu itciyəzi balası doğulub.