Bu maraqlıdır!

Niyə asqıran insana "sağlam olun" deyirik

Bu sözlər bizə və bir çox digər xalqlara qədim Romadan gəlib.  Romalıların inanclarına görə, insanın ruhu onun nəfəsində yaşayır və asqırdıqda ruh bədəndən çıxa bilər. Buna görə də dərhal sehrli sözləri demək lazım idi: "Qoy tanrılar ruhu geri gizlətsin və sağlamlıq versin". Tədricən bu ifadə qısaldılaraq "Sağlam olun!" kimi işlənməyə başladı.