Təbiət

Babirussa

Babirussa Malayziya dilindən tərcümədə "donuz-maral" deməkdir. Heyvana bu adın verilməsi heç də təsadüfi deyil. Babirussanın ölçüsü orta yetkin donuzda olduğu kimi 80 kq, bədəni isə 1 metrdir. Dərisi qəhvəyi və ya boz rəngdə olur, demək olar ki, tük örtüyü yoxdur. Bu qeyri-adi donuz İndoneziyanın Sulavesi adasının və bir neçə yaxın adanın şimal hissəsində yaşayır.


Babirussa donuz kimi səs çıxarır. Başı və qulaqları bu ailənin digər üzvlərindən fərqli olaraq çox balacadır. Amma ən fərqli xüsusiyyəti  yuxarı və alt dişlərinin olmasıdır. Onlar böyük ölçüdə böyüyürlər, əsasən də üst dişləri. İki alt diş alt çənədə olan digər dişlərin arasında böyüyür, lakin üst dişlər heyvanın üzündən çıxır. Yaşlı erkəklərdə üst dişlər hətta böyüyüb qıvrılaraq heyvanın alnına çata bilir və ya 180 dərəcə əyrilərək bəzən heyvanın dərisinə batır. Üst dişlərin uzunluğu 30-40 santimetrə çatır. Üst köpək dişləri ancaq erkək babirussalarda olur. Dişi babirussalarda yalnız alt dişlər inkişaf edir və uzunluğu daha kiçik olur.


Dişlərinin böyük olmasına baxmayaraq torpağı qaza bilmirlər. Babirussalar yalnız yarpaq və ot ilə qidalanır.


Əti ləzzətli olduğundan Sulavesi adasının sakinləri bu heyvanı ovalayırlar. Buna görə də, babirussa tükənmə təhlükəsi altındadır.


Hazırda bu heyvandan 4 mindən bir az artıq qalıb və buna görə babirussa Beynəlxalq Qırmızı Kitabın siyahısına salınıb. Onların sayını artırmaq məqsədi ilə İndoneziyanın Meşə Nazirliyi tərəfindən  xüsusi mühafizə olunan 800 hektarlıq ərazi yaradılıb.