Bu maraqlıdır!

Uşaqları sevindirən markalar

Yunanıstan poçtu "Uşaqlar və markalar" seriyasından olan xatirə poçt markalarını dövriyyəyə buraxıb.


Bu maraqlı xatirə poçt markaları uşaqlara həsr edilib və daha gözəl gələcək, uşaqların layiq olduğu sülh içində bir dünya, pis vərdişlərdən uzaq yaşam, gözəl rəng çalarları olan bir həyat, mədəni zənginlik öz əksini tapıb.


Buraxılışlara əlavə olaraq "İlk gün" zərfləri 4 min ədəd  və maksimum kart 1 min ədəd hazırlanıb. Markalar 35 х 45 mm ölçülərdə tədavül edilib. Qeyd edək ki, bu orijinal poçt vərəqi 25 markadan ibarətdir. Hər markanın öz tiraji və nominal dəyəri var.