Xəbərlər

15 Aprel – Ümumdünya Mədəniyyət Günüdür

Mədəniyyət dünyasının bütün sferalarının əhəmiyyətini bir daha qeyd etmək üçün xüsusi bayram – Beynəlxalq Mədəniyyət Günü (International Day of Culture) təsis edilmişdir.

 

Hər il dünyanın bir çox ölkələrində 15 Aprel Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu bayram 1935-ci il aprelin 15-də beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi tanınan, “İncəsənət və elm müəssisələrinin və tarixi abidələrin qorunması haqqında” beynəlxalq müqavilənin qəbul olunmasının şərəfinə təsis edilmişdir. Bu Paktın imzalandığı günün Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə 1998-ci ildə Rerix Beynəlxalq Mərkəzi tərəfindən təsis olunan Beynəlxalq Mədəniyyətin Qorunması Liqası çıxış etmişdir. Bu ictimai təşkilatın fəaliyyəti mədəniyyət, incəsənət, elm və dinin nailiyyətlərinin qorunması və artırılmasına yönəlmişdir.

 

2008-ci ildə Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilalarının təşəbbüsü ilə 15 aprelin Ümumdünya Mədəniyyət Günü kimi təsdiq edilməsi üçün Beynəlxalq hərəkat yaradılmışdır. Hal-hazırda bu bayram dünyanın müxtəlif ölkələrində qeyd olunur.