Təbiət

Budapeştin qısa dimdikli turman-göyərçini

Bəziləri bu quşu dünyanın ən “gözəl” göyərçini, bəziləri isə quşun qəribə görünüşünü “eybəcər” hesab edirlər.


Ancaq onu qeyd etməliyik ki, bu quşun aqibəti “çirkin ördək balası” nağılındakı ördəyin sonu kimi deyil. Yəni bu canlı böyüdükcə gözəl quşa çevrilmir.


Budapeşt qısa dimdikli turman-göyərçini əsasən dekorativ məqsəd üçün yetişdirilib. Qeyri-adi görünüşlü bu quşun balası böyüdükcə demək olar ki, eyni olaraq qalır , yalnız bir az tükü əmələ gəlir.


Yarım əsr əvvəl Macarıstan başqa növ göyərçin cinsinin yaradılması üzərində işə başladı və 1907-ci ildə paytaxt Budapeştdə qısa dimdikli göyərçin ortaya çıxdı. 


Bu quşun əsas qeyri-adiliyi onun böyük dəyirmi gözlərinin olmasıdır. Başın yanında iki böyük yarımkürəyə bənzər gözlərinin olması və qısa dimdiyi bu quş cinsinin əsas özəlliyidir.


Qısa dimdikli turman-göyərçin bir neçə göyərçin növünü özündə birləşdirir. Adətən quşun bir rəngi olur: ağ, sarı, qara, qırmızı, mavi və yaxud da gümüşü.


Hazırda göyərçinlərin bu cins nümayəndələri onların görünüşünün qiymətləndirildiyi yarışlarda iştirak edirlər. Baxmayaraq ki,  Budapeşt qısa dimdikli turman-göyərçini uzun və yüksək uçuşlarda özünü göstərmir, lakin onlar ən yaxşı uçuş keyfiyyəti olan cinslər arasındadır və ardıcıl 5 saata qədər havada qala bilirlər.