Bu maraqlıdır!

Nəyə görə pişiklər bu qədər təmizkardırlar

Pişiklər inanılmaz dərəcədə təmizkardırlar. Bunun sadə bir izahı var. Onlar yırtıcılar qrupuna aiddirlər, yemlərini ovlayırlar. Pişiklər şikarlarını izləmirlər və təqib etmirlər, səbirlə güdürlər, pusquda gizlənirlər. Ovun uğurlu alınması və şikarlarını qorxutmamaq üçün pişiklər öz qoxularından azad olmalıdırlar.