Təbiət

Suyu turş mühitə malik olan çay – Rio Tinto

Rio Tinto çayı – qədimdən öz unikallığı ilə diqqəti cəlb edir.


Rio-Tinto çayı İspaniyanın cənub-qərbində, Andalusia əyalətində yerləşir. İnsanlar bu çaydan qədimdən faydalı qazıntıların hasilatı prosesində istifadə ediblər.


Çaydakı su rənginə görə onu digərlərindən kəskin şəkildə fərqləndirir. Suyun hövzəsində qırmızı-sarı tonların çəhrayı-yaşıl çalarlarla əvəz olunması çaya əsrarəngiz görüntü bəxş edir. 


Rio-Tinto çayının tərkibində dəmirin miqdarı kifayət qədər çox olduğundan bu sudan içmək yaxud çimmək üçün istifadə etmək məsləhət görülmür. 


Çayın sahillərinə yaxın olan dağlar isə əsl mis, dəmir, hətta qızıl və gümüş mənbəyidir. Çaydan dəmir, gümüş, qızıl və digər faydalı qazıntıların hasil edilməsi prosesinə hələ e.ə 3000-ci ildə təsadüf olunmuşdu. Sonralar yunanlar, romalılar və vestqotlar faydalı qazıntıların hasilatı prosesini davam etdirdilər. Tərkibində ağır metalların üstünlük təşkil etməsi səbəbindən çayın suyu turş mühitə malikdir.


Rio Tintonun sularında qeyri-adi sakinləri olan ekstremofil mikroorqanizmalardan başqa heç bir canlı yaşamır.