Bu maraqlıdır!

Kainatın Təbəssümü

"Çandra" kosmik rentgen rəsədxanası və “Habbl” teleskopunun köməyi ilə kainatda, alimlərin marağına səbəb olan "Kainatın Təbəssümü" adlanan bir görüntü qeydə alınıb. Bu qalaktika təsviri uzun müddət nəinki alimlərin hətta internet istifadəçilərinin də marağına səbəb olub.


Bizim planetimizdən digər qalaktikalara diqqətlə baxılsa, təbəssümlə gülən bir üz görmək mümkündür. Bu görünüşə alimlər həmçinin “Kainatın smayliki” də deyirlər. 


Alimlərin söylədiyinə görə, kainatın təbəssümü məhz SDSS J1038 + 4849 kod adı olan bir çox qalaktikanın birləşməsindən əmələ gəlir. Bu təsvir məhz işıq və cazibə qüvvəsinin (qravitasiya) qəribə oyunu sayəsində ortaya çıxır. Bu hadisəyə "Qravitasiya Linzasi" effekti deyilir.


"Gülümsəmənin" gözləri - iki parıldayan sarı qalaktikadan, gülümsəyən ağzı isə - üçüncü əyri duran qalaktikadan əmələ gəlir.


"Kainatın təbəssümü" artıq bir neçə dəfə Habbl teleskopu vasitəsi ilə müsahidə olunub.