Xəbərlər

23 Aprel – Ümumdünya İngilis Dili Günüdür

Ümumdünya İngilis Dili Günü ilk dəfə 2010-cu ildə qeyd olunmuşdur. Belə təkliflə təşkilatın ictimaiyyətlə əlaqələr departamenti çıxış etmişdir.

 

Bayramın məqsədi dünyada çoxdillilik ənənələrini möhkəmləndirməkdir. Birləşmiş Millətlər Təşkilatı təqvimdə altı gün – hər bir rəsmi dil üçün bir gün ayırmışdır. İngilis Dili Gününün qeyd edilməsi böyük ingilis şairi, yazıçısı, dünyanın ən məşhur dramaturqu Vilyam Şekspirin anadan olduğu günlə bağlıdır. Bu gün ingilis dili “dünya dili” hesab olunur, bu dildə dünyanın onlarla ölkəsində bir milyarddan çox insan danışır.

 

Bu dil yalnız ingilislərin deyil, həm də ABŞ, İrlandiya, Kanada, Malta, Avstraliya, Yeni Zelandiya sakinlərinin dilidir. İngilis dili Asiya və Afrikanın bir neçə dövlətinin rəsmi dilidir.