Xəbərlər

24 aprel - Ümumdünya laboratoriya heyvanlarını müdafiə günüdür

Aprelin 24-də Ümumdünya laboratoriya heyvanlarını müdafiə günü qeyd olunur. Həmin gün 1979-cu ildə heyvanlar üzərində ağrılı eksperimentlər əleyhinə Beynəlxalq Assosiasiya (İnterNİÇ) tərəfindən təsis edilib və BMT tərəfindən dəstəklənib. Əvvəllər bu gün bir sıra ölkələrdə heyvanları müdafiə təşkilatları tərəfindən qeyd olunurdu, hazırda isə artıq dünyanın hər yerində viviseksiyaya (laboratoriya heyvanları üzərində eksperimentlər və təcrübələr aparılmasına) qarşı hərəkat fəal inkişaf edir. Müxtəlif ictimai və heyvanları müdafiə təşkilatlarının fəalları bu hərəkatı dəstəkləyirlər.


Təcrübələrdə daha çox istifadə olunan heyvanlar arasında siçanlar, dovşanlar, meymunlar və itlər vardır. Hər il bu heyvan növlərinin yüzlərlə nümayəndəsi laboratoriyalarda məhv olur. Bundan başqa, heyvanlardan gələcək tibb işçilərinin və baytar həkimlərinin təlimləri zamanı istifadə olunur.