Bu maraqlıdır!

Dünyanın ən yaşlı iti: Meqqi

Avstraliyanın Viktoriya ştatında dünyanın ən yaşlı Meqqi ləqəbli iti yaşayıb. Bu itin 30 yaşı var imiş. Bu yaşı insanla müqayisə etsək, təxminən 200 il ömür deməkdir. Meqqi öz sahibi Brayn Maklarenin süd fermasında dolaşırdı. Lakin sahibi itin orijinal sənədlərini itirdiyindən onun yaşını sübut edə bilmir. Onun ən yaşlı it olması faktı məlumdur. 30 yaşlı it bu günə qədər “dünyanın ən yaşlı iti” statusunu qazanmışdı. 


İndiyə qədər dünyanın ən yaşlı iti Avstraliyada Blyu ləqəbli it idi. O, 1939-cu ildə 29 yaşında ölüb.