Xəbərlər

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solidarity) qeyd olunur. Bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir. Eyni zamanda bu bayrama gənclər birliklərinin, ictimai təşkilatların, geniş əhali kütlələrinin, öz uşaqlarının və nəvələrinin gələcəyinə laqeyd olmayan insanların səylərinin birləşdirilməsi, cəmiyyətin gənclərin hüquqlarına əməl edilməsinə nəzarət etməsinə, cəmiyyətin iqtisadi, sosial, elmi-texniki və mənəvi problemlərinin reallaşdırılmasında gənclərin mütəşəkkilliyinin və yaradıcı fəallığının yüksəldilməsinə, nəsillərin varisliyinə, qanunların və hüquq qaydalarının qorunmasına yardım edir. 


1955-ci ildə gənclərin həmrəylik gününün hansı günə təyin olunması ilə bağlı Asiya və Afrika ölkələrinin Bandunq konfransında yekun iclas keçirilib. Beləliklə, Gənclərin Beynəlxalq Həmrəylik Günü ilk dəfə 1957-ci ildə müstəmləkəçilik əleyhinə mübarizədə, sülh şəraitində yanaşı yaşama uğrunda Gənclərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunub. Sözügedən tarixdə gənclər üçün konfranslar, konsertlər və bayram tədbirləri təşkil olunur.