Bu maraqlıdır!

Havay adasının yaşıl çimərliyi – Papakolea

Planetimizin qeyri-adi çimərliyi sayılan yaşıl çimərlik “Papakolea” Havay arxipelaqının böyük adasında yerləşir. Papakolea - Havay adalarının incisidir. Çimərlik adanın ən cənub nöqtəsindən 4,5 km uzaqlıqda yerləşir. Yerli əhali bu təəcübləndirici guşəni “Havay brilyantı” adlandırır.


Çimərliyin qumu tərkibindəki maqnium və dəmirdən ibarət xrizolitin hesabına xoş zeytun rəngindədir. Xrizolit həmçinin zərgərlikdə “olivin” kimi də adlanır, vulkanik mənşəyə malikdir, maqnezium silikatından və dəmirdən ibarətdir. Yaşıltəhər daş və qumlar yerli vulkanların lavalarından əmələ gəlib.


Çimərlikdən qum və daş götürmək ciddi qadağandır. Girişdə quraşdırılmış xüsusi lövhələrdə bu yazıya rast gəlmək olar "Anılardan başqa heç bir şey götürmə!". 


Alimlərin proqnozlarına görə illər sonra okean sularının güclü ləpələri təbiətin bu möcüzəsini tamamilə yuyub apara bilər.