Bu maraqlıdır!

Kosmosda skafandırsız qalmaq mümkündürmü

Kosmonavta skafandır nə üçün lazımdır? Axı kosmik gəminin divarları kosmonavtı qoruyur, çıxış qapıları isə hermetik bağlı olur. Bütün bunlara baxmayaraq uçuşdan öncə kosmonavtın kostyumunun etibarlığı diqqətlə yoxlanılır. Kosmosda bir çox gözlənilməz hadisələr baş verə bilər: gəmiyə meteorit düşə və ya başqa fəlakət ola bilər. Belə halda kosmik gəmidəki hava buxarlanar və kosmonavtın nəfəs alması çətinləşər. Belə halda skafandırın içərisində olan böyük hava ehtiyatından istifadə olunur. Bundan əlavə, bu kostyum içəridən qızdırılır və kosmonavt üçün soyuq təhlükəsi olmur. Kosmonavt kosmik gəmi xaricində iş görürsə, belə halda ona skafandır mütləqdir. Axı açıq fəzada çox isti və ya çox soyuq ola bilər. Və kosmonavt xarici müşahidələr aparmaq üçün kosmik gəmidən uzaqlaşarsa, belə halda skafandırın içərisində quraşdırılmış radio dalğa vasitəsilə gəmidəki və ya yerdəki yoldaşları ilə əlaqə yarada bilər.