Bu maraqlıdır!

İndoneziya haqqında maraqlı faktlar

1. Cənub-Şərqi Asiyada ən böyük adalar dövlətidir. Dünyada sahəsinə görə 16-cı yerdədir.
 
2. "İndoneziya" latın sözü “İndus” və yunan sözü “Nesos”-dan əmələ gəlib, mənası - "Hind adaları” deməkdir. İndoneziya əvvəlcə “Hindistan arxipelaqı” adlandırılırdı.
 
3. İndoneziya tamamilə adalardan ibarət olan dünyanın ən böyük ölkəsidir. Adaların sayı cəmi 17,508-dir, lakin yalnız 6,000 –də yaşayış var. Adaların əksəriyyətinin hələ də adı yoxdur.
 
4. Dünyadakı on ən böyük adalardan üçü İndoneziyanın ərazisində yerləşir: Borneo, Papua Yeni Qvineya və Sumatra.
 
5. İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir. Əhalisinin 87% -dən çoxu müsəlmandır.
 

 

6. Yava adası dünyanın ən sıx məskunlaşmış adasıdır. 132 min km² ərazidə 140 milyondan çox insan yaşayır.
 
7. İndoneziyanın əhalisi 700 dildə danışır.
 
8. İndoneziya arxipelaqı Sakit okean hövzəsində yerləşir. Ölkədə 400-dən çox vulkan var, onların təxminən 150-i aktivdir. Gündəlik İndoneziyada ən az üç zəlzələ qeydə alınır.
 
9. Komod varanı (Komodo dragon) İndoneziyanın milli heyvanı və dünyanın ən böyük kərtənkələsidir.
 
10. İndoneziyanın quş və məməli növlərinin 35% -dən çoxu endemikdir.
 
11. Ölkənin 50% -dən çoxu meşələrlə örtülüdür. İndoneziya, Braziliyadan sonra tropik meşələrin sayına və onların məhv olmasına görə dünyada ikinci yerdədir.
 

12. Dünyanın ən böyük Buddist məbədində Borobudurda, Yava adasında,  504 Budda heykəli var. Məbəd UNESCO-nun Dünya Mirası siyahısına daxil edilib. 75 il inşa edildiyi söylənilir.
 
13. İndoneziyada dünyanın ən böyük qızıl mədəni yerləşir – Qrasberq mədəni (The Grasberg Mine). Bu mədən həmçinin  dünyanın ən böyük üçüncü mis istehsalçısıdır. Mədəndə təxminən 20 min adam çalışır.
 
14. İndoneziya kosmetik, qida və tibb məhsulların bir çoxunun tərkibində istifadə olunan palma yağının ən böyük istehsalçısıdır.
 
15. İndoneziyalılar dünyanın ən qısa boylu xalqıdır. Yerli kişilərin boylarının orta hündürlüyü 158 sm-dir